1 ay əvvəl ailə qurmuşdu, ağır qəzada ÖLDÜ - FOTO

28 Sentyabr 2025 12:07

Xəbər verdiyimiz kimi, Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Ağbil kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Ceyhun Yusifovun idarə etdiyi VAZ-21011 markalı avtomobil qəzaya uğrayıb. Nəticədə sürücü dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan sərnişin - 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, Ceyhun Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasında mühafizəçi kimi çalışırmış və bir ay öncə ailə həyatı qurmuşdu.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az