Hülya Koçyiğit də Memorial Məzarlığını ziyarət etdi - FOTO

28 Sentyabr 2025 00:06

Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində Bakıya gələn məşhur aktrisa Hülya Koçyiğit də bu gün Hərbi Memorial Məzarlığına baş çəkib.

Milli.Az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə görüntülər yayılıb.

Aktrisa orada Milli Qəhrəmanlar Polad Həşimov, İlqar Mirzəyev və Şükür Həmidovun məzarını ziyarət edib, qazilərlə söhbətləşib.

Milli.Az