Günün qoroskopu: Gözlənilməz bir xəbər sizi sevindirə bilər

28 Sentyabr 2025 00:01

Milli.Az 28 sentyabr üçün günün ulduz falını təqdim edir:

Qoç 

Bu gün enerjiniz yüksək olacaq. Qarşınıza çıxan imkanları tez dəyərləndirin. Ailə üzvlərindən biri sizə vacib bir məsələ ilə bağlı müraciət edə bilər - səbrli olun.

Buğa

Maddi məsələlərdə diqqətli davranın. Planlaşdırılmamış xərclər çıxa bilər. Axşam saatları dostlarla xoş vaxt keçirmək üçün uyğundur.

Əkizlər

Kommunikasiya qabiliyyətiniz bu gün parlayır. Yeni tanışlıqlar və danışıqlar üçün əlverişli gündür. Sevdiyiniz insanla səmimi söhbət münasibətinizi gücləndirəcək.

Xərçəng

İç dünyanıza qapanmaq istəyə bilərsiniz. Keçmişlə bağlı bəzi duyğular yenidən gündəmə gələ bilər. Özünüzə vaxt ayırın və tələsmədən qərar verin.

Şir

Yaradıcı ideyalarınız ön plana çıxır. İş və ya təhsil sahəsində göstərəcəyiniz təşəbbüskarlıq rəhbərlik tərəfindən qiymətləndirilə bilər. Qısqanclıqdan uzaq durun.

Qız

Bu gün səliqə və planlılıq sizə uğur gətirəcək. İşlərinizi vaxtında görmək sizi həm rahatladacaq, həm də ətrafdakılarda etibar yaradacaq. Sağlamlığınıza diqqət edin.

Tərəzi

Yeni qərarlar vermək üçün yaxşı gündür. Qəlbinizlə ağlınız arasında balans qurun. Münasibətlərdə açıq danışmaq hər iki tərəf üçün faydalı olacaq.

Əqrəb

Dərin düşüncələr içindəsiniz. Gizli qalan bəzi məsələlər üzə çıxa bilər. Hisslərinizi idarə edin, emosiyalara qapılmadan hərəkət edin.

Oxatan

Səyahət və ya yeni planlar üçün əla gündür. Ruh halınız pozitiv olacaq. Gözlənilməz bir xəbər sizi sevindirə bilər.

Oğlaq

Karyera və məsuliyyət mövzuları ön plandadır. Səbirli olsanız, bu gün uzunmüddətli uğurlar üçün zəmin yarada bilərsiniz. Ailədə kiçik gərginliklər mümkündür.

Dolça

Yeni bilik və təcrübələrə açıq olun. Gözlənilməz bir fürsət karyera və ya şəxsi həyatınızda dönüş nöqtəsi ola bilər. Yaxın dostlarla söhbət sizə motivasiya verəcək.

Balıqlar

İntuisiyanız güclüdür - içinizin səsinə qulaq asın. Maliyyə ilə bağlı qərarları tələsmədən verin. Romantik anlar yaşaya bilərsiniz. 

Lalə Qüdrətova
Milli.Az