Türk aktyor Berk Oktay Bakıda jurnalistlərin suallarını cavablandırıb.
Milli.Az xəbər verir ki, sənətçi Azərbaycanda Milli Qəhrəman Mübariz İbrahimovun həyatından bəhs edən filmdə rol almaq istədiyini söyləyib:
"Mübariz İbrahimovun həyatından bəhs edən film olsa, onu canlandırmaq istəyərəm. Kaş ki, olsun. Qürurla rol alaram. İndi danışanda belə tüklərim biz-biz olur". (olay)
Milli.Az