Mədəniyyət Nazirliyində yoxlama aparılır

1 Dekabr 2025 10:11

Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirir.

Milli.Az report-a istinadla xəbər verir ki, bu barədə Palatadan bildirilib.

Məlumata görə, auditin nəticələrinin açıqlanması "Hesablama Palatası haqqında" qanunun 37-ci maddəsinə əsasən tənzimlənəcək.

Milli.Az