Paşinyanın BMT tribunasından “Zəngəzur dəhlizi” təşvişi

27 Sentyabr 2025 23:00

BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən Paşinyan bildirib ki, TRIPP marşrutu layihəsi Ermənistan ərazisindən keçərək dəmir yolu, avtomobil yolu, qaz və elektrik xətləri vasitəsilə Şərqi Qərblə, Şimalı Cənubla birləşdirəcək. Bu layihə "Sülhün Çarpaz Yolları" proqramına əsaslanır və regional və qlobal əhəmiyyət daşıyır. Layihə əsasında Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı faydalı əlaqələr təmin olunacaq.

Paşinyan həmçinin Azərbaycan tərəfinin "Zəngəzur dəhlizi" ifadəsini istifadə etməsinin sənədlərdə olmadığını və Ermənistan üçün ərazi iddiası kimi qəbul olunduğunu diqqətə çatdırıb. O, vurğulayıb ki, razılaşmalara sadiq qalmaq və sülhü qorumaq daha vacibdir.

Ermənistan Baş Naziri sülhün əldə edildiyini, lakin bunun qorunması və inkişaf etdirilməsinin gündəlik vəzifə olduğunu vurğulayıb. TRIPP layihəsi və açıq sərhəd imkanları ilə həm regional, həm də qlobal əlaqələrin inkişaf etdirilməsi hədəflənir.

Lalə Qüdrətova
Milli.Az