CHP-nin Qadın təşkilatının sədri ərini bıçaqladı

27 Sentyabr 2025 22:20

Türkiyənin Edirne şəhərində CHP (Cumhuriyyət Xalq Partiyası) Edirne Qadın təşkilatının sədri Burcu Birgül Çolak, ərini mübahisə zamanı bıçaqlayıb. Yaralının vəziyyətinin yaxşı olduğu bildirilib və tərəflər bir-birindən şikayət etməyib.

Hadisə zamanı Burcu B. ilə ərinin, Ergin Ç.-nin mübahisəsi davaya çevrilib. İddialara görə, Burcu B. əlinə aldığı bıçaqla ərini vurub. Bu zaman Ergin Ç.-nin bədənində səthi kəsiklər əmələ gəlib.

Yaralar yüngül olduğundan Ergin Ç. ayaqüstü müalicə olunub və vəziyyətinin normal olduğu bildirilib. Qeyd edilir ki, Burcu B. ilə ərinin iş yerindəki mövqeləri də maraq doğurur; Ergin Ç. CHP-yə bağlı Edirne Bələdiyyəsində çalışır.

Lalə Qüdrətova
Milli.Az