Ayxan Abbasov millini çalışdıracaq? - AÇIQLAMA

27 Sentyabr 2025 18:54

Misli Premyer Liqasının VI turunda baş tutan "Şamaxı" - "Araz-Naxçıvan" (1:1) oyunundan sonra Ayxan Abbasov mətbuat konfransında iştirak edib. 

Milli.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb, AFFA-dan Azərbaycan milli komandasını çalışdırması ilə bağlı aldığı təklifdən söz açıb. 

"Bəli, təklif olunub. Danışıqlar gedib. Yəqin ki, yaxın günlərdə qərar veriləcək. Burda müddət söhbəti getmir, peşəkarcasına danışıqlar gedir. Əsas olan bəzi məsələlərdir. Versiyaların yazılması normaldır. Bunun ətrafında daha sonra da söhbətlər olacaq. AFFA ilə danışığımızda müddət problemi yoxdur.

A.Abbasov "Fransa ilə oyunda baş məşqçi siz olacaqsınız?", sualına belə cavab verib: 

"Xeyirlisi inşallah. Milliyə kömək etməmək çətindir. Əgər bizə inam varsa, kənara çəkilmək olmaz. Xırda məsələlər var. Bunlar həll olunsa, təklifi qəbul edəcəm".

Qeyd edək ki, Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Fransa, oktyabrın 13-də Ukrayna ilə üz-üzə gələcək. (Offsideplus.az)

Milli.Az