Xəbər verdiyimiz kimi, Quba rayonunda ağır qəza baş verib.
Milli.Az-ın məlumatına görə, hadisə rayonun Ağbil kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ceyhun Yusifov idarə etdiyi VAZ-21011 markalı avtomobillə düşdüyü qəzada ölüb.
Ceyhun Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasında mühafizəçi çalışırmış. Onun bu yaxınlarda toyunun olduğu bildirilir.
Həmçinin qəza nəticəsində avtomobildə olan sərnişin - 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)
Milli.Az