Almaniya: İranla danışıqlar uğursuz oldu, BMT sanksiyaları bərpa edilir

27 Sentyabr 2025 17:46

İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların nəticəsiz qalmasının ardından Almaniya Tehrana qarşı BMT sanksiyalarının yenidən tətbiq olunduğunu bəyan edib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Azad İran" Telegram kanalı yayıb.

Almaniyanın xarici işlər naziri Yohan Vaddefulun sözlərinə görə, Avropa İttifaqı problemin diplomatik yolla həlli üçün kifayət qədər fürsət təqdim etsə də, İran bu imkanlardan istifadə etməyib.

Asya
Milli.Az