Ağ Evdən Tramp-Ərdoğan görüşünə dair dostluq mesajı - FOTO

27 Sentyabr 2025 16:34

"Prezident Ərdoğanın yanında olmaq çox xoşdur".

Milli.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Dövlət başçısının Türkiyə və onun lideri barəsindəki müsbət mesajlarının yer aldığı kadrlar Ağ Evin "X" səhifəsində paylaşılıb.

"Türkiyə və biz uzun müddətdir dostuq. Ərdoğan çox hörmətli bir insandır", - Tramp vurğulayıb.

Milli.Az