İsrailin "Avroviziya"da iştirakını bu yolla müəyyən edəcəklər

27 Sentyabr 2025 00:25

Avropa Yayım Birliyi İsrailin gələn il "Avroviziya" mahnı müsabiqəsində iştirakını müəyyən etmək üçün növbədənkənar onlayn səsvermə elan edib.

Milli.Az xəbər verir ki, səsvermə qərarı bir neçə milli yayımçının boykot təhdidləri fonunda qəbul edilib. Belə ki, İspaniya, Niderland, İrlandiya, İslandiya və Sloveniyadakı yayım şirkətləri İsrailin iştirakçılar arasında qalacağı təqdirdə müsabiqədən çıxacaqlarını bəyan ediblər.

AYB prezidenti Delfina Ernott Cuncinin üzvlərə ünvanladığı məktubda bildirilib ki, İsrailin milli yayımçısı KAN-ın müsabiqəyə qəbulu ilə bağlı fikir müxtəlifliyi var və problemin həlli üçün daha uyğun demokratik qərar lazımdır.

Səsvermə noyabrın əvvəlində AYB Baş Assambleyasının növbədənkənar iclasında keçiriləcək.

Qeyd edək ki, İsrail 1973-cü ildə "Avroviziya"da debüt edib və dörd dəfə müsabiqənin qalibi olub.

70-cisi keçiriləcək müsabiqənin Vyanada baş tutması planlaşdırılır. Avstriyanın paytaxtı artıq üçüncü dəfədir ki, ona ev sahibliyi edəcək. Tədbir 12-16 may 2026-cı il tarixlərində keçiriləcək. (Axşam.az)

Milli.Az