“Qarabağ” “Qəbələ”yə qalib gəldi

26 Sentyabr 2025 22:06

Azərbaycan Premyer Liqasında 6-cı tur start götürüb.

Milli.Az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matç keçirilib.

"Zirə" Qubada "İmişli"nin qonağı olub. Görüşdə 1:1 hesabı qeydə alınıb. 

Digər matçda isə son çempion "Qarabağ" "Qəbələ"ni qəbul edib. 

Ağdam təmsilçisi bu görüşdə qalib gələrək növbəti 3 xalını qazanıb.

"Şamaxı" - "Araz-Naxçıvan" və "Neftçi" - "Karvan" oyunları sabah, "Turan Tovuz" - "Kəpəz" və "Sabah" - "Sumqayıt" matçları isə sentyabrın 28-də keçiriləcək.

26 sentyabr

19:00. "Qarabağ" - "Qəbələ" - 2:0 

Qollar: Abdullah Zubir, 16; Musa Qurbanlı, 90+3 

Qırmızı vərəqə: Prins Ovusu, 1 ("Qəbələ")

Milli.Az