25 milyardlıq müqavilə bağladılar

26 Sentyabr 2025 18:16

İran və Rusiya Hörmüzqan vilayətində 4 yeni atom enerji bloku tikintisi üçün müqavilə bağlayıblar.

Milli.Az xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatının yaydığı məlumata görə, layihənin dəyəri təxminən 25 milyard dollardır.

Bu enerji blokları vilayətin cənubunda inşa olunacaq.

Asya
Milli.Az