Türkiyədən Mirzoyana 73 milyonluq hədiyyə - FOTO

26 Sentyabr 2025 16:00

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvana səfəri zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana hədiyyə aparıb.

Milli.Az xəbər verir ki, o, görüşdə Mirzoyana 73 milyon 473 min dram (324 min 165 manat) dəyəri olan xüsusi bəzəkli şüşə qab hədiyyə edib.

Qeyd edək ki, Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin danışıqlarının nəticələrinə görə Gümrü-Qars dəmir yolunun və elektrikötürücü xəttinin bərpası və istismarı üçün zəruri texniki tədqiqatların aparılması barədə razılığa gəliblər.

Fidan
Milli.Az