"Neymar alkoqola aludə olub, il sonuna qədər..."

27 Sentyabr 2025 00:38

"Neymar alkoqoldan sui-istifadə etməyə başlayıb və idman rejiminə riayət etmir".

Milli.Az xəbər verir ki, bu barədə jurnalist Rodolfo Qomes bildirib.

Onun sözlərinə görə, Neymarın 2025-ci ilin sonunadək yaşıl meydanlara qayıtma ehtimalı azdır:

"Neymar viski və enerji içkilərinə aludə olub. O, qəlyan çəkir və yalnız səhər saat 4-5-də yatır".

Daha əvvəl verilən məlumata görə, Braziliyanın "Santos" komandasının hücumçusu Neymar zədələndiyinə görə ən azı bir ay qarşılaşmalarda iştirak edə bilməyəcək.

Fidan
Milli.Az