"Real Madrid" ulduz futbolçusunu göndərir

26 Sentyabr 2025 15:50

"Real Madrid" klubu ulduz futbolçusu David Alaba ilə müqaviləni sonlandıracaq.

Milli.Az xəbər verir ki, insayder Fabritsio Romano bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, avstriyalı müdafiəçi 2026-cı ildə Madrid təmsilçisindən ayrılacaq.

Xatırladaq ki, Alaba 2021-ci ildə "Bavariya"dan böyük ümidlərlə "Real Madrid"ə transfer olunmuşdu. Lakin futbolçunun İspaniya karyerası zədələr səbəbindən istənilən qədər uğurlu alınmayıb.

Hüseyn
Milli.Az