PSJ-nin ulduzlarının xanımları gözəllikləri ilə göz oxşadılar - FOTOlar

27 Sentyabr 2025 03:03

PSJ-nin futbolçuları Usman Dembelenin "Qızıl top" mükafatını qazanmasının ardından təşkil edilən dəbdəbəli qala gecəsində iştirak ediblər.

Milli.Az xarici KİV-ə istinadla xəbər verir ki, PSJ Fondunun təşkil etdiyi tədbirdə həm oyunçuların uğurları, həm də klubun fəaliyyəti mükafatlandırılıb.

Gecənin parlaq məqamlarından biri futbolçuların həyat yoldaşları və sevgililəri olub.

Lukas Beraldo tədbirə həyat yoldaşı Rafaela ilə qatılıb. Kapitan Markinos xanımı Karol ilə birgə iştirak edib. Joau Neveş sevgilisi Madalena ilə gecədə görünüb. Lyuka Ernandes həyat yoldaşı Viktoriya ilə tədbirdə olub. İlya Zabarnı həyat yoldaşı Angelina ilə diqqət çəkib.

Nunu Mendeş isə sevgilisi Talita ilə iştirak edib.

Hüseyn
Milli.Az