Rusiya bu jurnalisti federal axtarışa verdi - FOTO

26 Sentyabr 2025 12:31

Rusiya Daxili İşlər Nazirliyi "The Insider" qəzetinin xəbərlər departamentinin baş redaktoru Timur Olevskini axtarışa verib.

Milli.Az xəbər verir ki, nazirliyin məlumat bazasında jurnalistin adı artıq "axtarışda olanlar" siyahısına daxil edilib.

Axtarış qərarında Olevskinin Cinayət Məcəlləsinin maddəsi ilə axtarıldığı göstərilsə də, konkret maddə açıqlanmayıb. Lakin iyul ayında ona qarşı "arzuolunmaz xarici təşkilatın fəaliyyətində iştirak" ittihamı ilə cinayət işi açılmışdı. Olevskiyə Cinayət Məcəlləsinin 284.1-ci maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. Bu maddə 4 ilədək həbs cəzası nəzərdə tutur.

Hazırda 49 yaşlı jurnalist Rusiyada yaşamır və fəaliyyətini xaricdə davam etdirir. O, əvvəllər "Dozhd", "Current Time" və "Exo Moskvı" kimi media qurumlarında çalışıb. Xatırladaq ki, bu qurumların hamısı Rusiyada ya xarici agent, ya da arzuolunmaz təşkilat kimi tanınıb.

Milli.Az