Azərbaycanda qadın avtomobildə uşaq dünyaya gətirdi - VİDEO

26 Sentyabr 2025 10:35

Zərdab rayonunda həkiməqədər doğuş hadisəsi yaşanıb.

Milli.Az xəbər verir ki, bu barədə videogörüntü paylaşılıb.

Belə ki, hamilə qadın xəstəxanaya aparılarkən doğuş sancıları başlayıb və o, tibbi müəssisəyə çatmadan körpəsini avtomobildə dünyaya gətirib.

Hadisə zamanı qadının yanında ailə üzvləri olublar. İlkin məlumata görə, həm ana, həm də yenidoğulmuş körpənin vəziyyəti qənaətbəxşdir. (Oxu.Az)

Milli.Az