"Barselona"nın keçmiş ulduzu futboldan gedir

26 Sentyabr 2025 09:54

"Barselona"nın sabiq futbolçusu Serxio Buskets cari MLS mövsümünün ardından peşəkar karyerasını başa vuracaq.

Milli.Az xəbər verir ki, hazırda "İnter Mayami"də forma geyinən 37 yaşlı yarımmüdafiəçi futbolu tərk etmək barədə qəti qərar qəbul edib.

Qeyd edək ki, MLS-də əsas mövsüm 18 oktyabrda, pley-off mərhələsi isə 6 dekabrda yekunlaşacaq.

Buskets peşəkar karyerası ərzində yalnız iki klubun - "Barselona" və "İnter Mayami"nin şərəfini qoruyub. O, kataloniya təmsilçisinin heyətində 722 oyun keçirib, 32 kubok qazanıb və Messi ilə Xavinin ardından ən çox oyun keçirən üçüncü futbolçu adını qazanıb.

İspaniya millisinin üzvü kimi isə dünya və Avropa çempionluğu sevinci yaşayıb.

Hüseyn
Milli.Az