Qazaxıstan Prezidenti xarici işlər nazirini dəyişdi

26 Sentyabr 2025 09:33

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin xarici işlər naziri Murat Nurtleunu vəzifəsindən azad edib.

Milli.Az xəbər verir ki, Prezidentin sərəncamı ilə Murat Nurtleu bu postdan uzaqlaşdırılıb və dövlət başçısının beynəlxalq investisiya və ticarət əlaqələri üzrə köməkçisi təyin edilib.

Yeni xarici işlər naziri vəzifəsinə isə Yermek Kosherbayev gətirilib. O, bundan əvvəl müxtəlif diplomatik və dövlət strukturlarında çalışıb.

Qeyd edək ki, Murat Nurtleu 2022-ci ildən Qazaxıstanın xarici işlər naziri vəzifəsini icra edirdi.

Milli.Az