10 yaşlı uşaq batareya və maqnit qırıntıları udub...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 2015-ci il təvəllüdlü uşaq qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə çatdırılıb.
Müayinə zamanı uşağın qarın boşluğunda yad cismlər aşkarlanıb. Həkimlərin sözlərinə görə, uşaq əvvəllər də yad cismlər udub.
Dərhal əməliyyat edilən uşağın bağırsağında çoxsaylı deşilmə aşkarlanıb.
14 günlük stasionar müalicələrdən sonra uşağın vəziyyəti qənaətbəxş qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az