"Neftçi" məşhur hücumçuya 500 min avro təklif etdi

25 Sentyabr 2025 21:35

"Neftçi" "Beşiktaş"ın sabiq hücumçusu Vensan Abubakarı heyətində qatmaq istəyir.

Milli.Az xəbər verir ki, "ağ-qaralar" 33 yaşlı forvarda iki gün əvvəl rəsmi təklif göndərib. Bu barədə Kamerun mətbuatı məlumat yayıb.

"Neftçi"nin Abubakara 1 illik müqavilə və 500 min avro maaş təklif etdiyi bildirilir. Bakı təmsilçisi kamerunlu futbolçunun cavabını gözləyir.

Qeyd edək ki, Vensan Abubakarın son klubu "Hatayspor" olub. Təcrübəli oyunçu bu ilin may ayında Türkiyə təmsilçisindən ayrılıb.

Milli.Az