Bu ölkədə minlərlə "Wi-Fi" modem "sındırıldı"

25 Sentyabr 2025 19:14

Moldovada minlərlə vətəndaşa məxsus "Wi-Fi" modem kiberhücumlar üçün istifadə edilib.

Milli.Az xəbər verir ki, modemlər Mərkəzi Seçki Komissiyası və digər qurumların serverlərinə hücumlarda tətbiq olunub.

Polis və telekommunikasiya şirkətləri problemin həlli üzərində çalışır.

Qeyd edək ki, Moldovada parlament seçkisi sentyabrın 28-də keçiriləcək.

Asya
Milli.Az