Dərdiniz varsa, su için...

26 Sentyabr 2025 08:08

Su çatışmazlığının gizli təhlükəsi açıqlanıb.

Milli.Az bildirir ki, az miqdarda su qəbul etmək orqanizmin stressə reaksiyasını gücləndirə bilər.

Bu barədə American Journal of Physiology-Endocrinology and Metabolism (AJPEM) jurnalında dərc olunan araşdırmada qeyd olunub. Tədqiqatı Böyük Britaniyanın Liverpul Con Murs Universitetinin alimləri aparıb.

Mütəxəssislər 62 sağlam könüllünü müşahidə ediblər və onları gündəlik su qəbuluna görə qruplara ayırıblar. Daha sonra iştirakçılar stressi təqlid edən Trier sosial testindən keçiblər.

Nəticələr göstərib ki, gündə təxminən 1,3 litr su içənlərin orqanizmində stress hormonu olan kortizolun səviyyəsi xeyli yüksəlib. Gündə 4 litrdən çox maye qəbul edən şəxslərdə isə bu hormonun artımı daha zəif müşahidə olunub.

Alimlərin fikrincə, hətta yüngül dərəcəli susuzluq məsələn, sidiyin tünd rəng alması endokrin sisteminə birbaşa təsir göstərir və uzunmüddətli sağlamlıq risklərini artırır.

Tövsiyə olunan orta gündəlik maye norması kişilər üçün 2,5 litr, qadınlar üçün isə 2 litrdir. Bu göstəriciyə qidaların tərkibindəki su da daxildir.

İsmayıl
Milli.Az