Məşhur müğənni Elvis Preslinin keçmiş həyat yoldaşı Prissilla Presli yeni çap olunan "Softly, As I Leave You: Life After Elvis" adlı kitabındakı etirafları ilə gündəm yaradıb.
Milli.Az xəbər verir ki, Prissillanın sözlərinə görə, Elvis onun karate məşqçisi Mayk Stounla münasibətdə olduğunu öyrəndikdə, qəzəbdən onu öldürmək qərarına gəlib.
O, etiraf edib ki, karateyə əvvəlcə yalnız Elvisi heyran etmək üçün başlamışdı. Lakin zaman keçdikcə məşqçi ilə yaxınlaşıb və münasibətləri romantik məcraya yönəlib. Prissilla bu addımı Elvisin davamlı xəyanətlərinə cavab olaraq atdığını deyib.
Kitabda vurğulanır ki, bu hadisə Elvis üçün çox sarsıdıcı olub. O, hətta meneceri Co Espositoya Mayk Stounu aradan götürmək üçün killer tapmağı əmr edib. Ancaq ailəsi və yaxın dostlarının müdaxiləsi nəticəsində Presley bu düşüncəsindən əl çəkib.
Musa
Milli.Az