"Bir-birimizi qırırıq, kimin nəfsi oldu bu?"

25 Sentyabr 2025 12:24

Müğənni Xatirə İslamın paylaşımı marağa səbəb olub.

Milli.Az xəbər verir ki, o, dəvət aldığı canlı efirə getmədiyini bildirib. 

Sənətçi bunun səbəbini isə belə əsaslandırıb:

"Nə qədər əsəbiləşdiyimi təsəvvür edə bilməzsiniz. Səhərdən hazırlaşıb, efirə gedirdim. Üç mahnının heç biri yüklənmədi. Kimin nəfsi oldu bu? Yeni mövsümə köhnə mahnılarla çıxa bilmərəm, üzürlü sayın. Çox əsəbiləşmişəm, studiya ilə bir-birimizi qırırıq. Sonu da gəldi belə oldu".

Musa
Milli.Az