Bu içkinin dəyəri 670 dollardır - FOTO

26 Sentyabr 2025 01:01

Dubayda fəaliyyət göstərən "Roasters" kafelər şəbəkəsi dünyanın ən bahalı qəhvəsini təqdim edərək "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Milli.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Qəhvə "pour-over" üsulu ilə - yəni qaynar suyun qəhvə dənələrinin üzərinə tökülərək dəmlənməsi ilə hazırlanıb və xüsusi əl işi olan kristal stəkanda təqdim olunub. İçkinin qiyməti 670 dollar olaraq müəyyən edilib.

Bu qəhvənin hazırlanmasında Panamadakı "Hacienda La Esmeralda" plantasiyasından gətirilən nadir və yüksək keyfiyyətli "Geisha" sortu istifadə olunub. Söhbət mürəkkəb çiçək, meyvə və sitrus çalarları ilə seçilən dənələrdən gedir.

Hüseyn
Milli.Az