Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Sultanqazi rayonunda 29 yaşlı Nurhan Günəşli ilə 54 yaşlı atası Nuri Günəşli arasında mübahisə yaranıb.
Gecə saatlarında baş verən münaqişə qətllə nəticələnib.
Oğul atasının boğazını kəsərək öldürüb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası kişinin artıq həyatını itirdiyini təsdiqləyib. Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Hüseyn
Milli.Az