Fransanın "Nitsa" klubunun müdafiəçisi Dante UEFA Avropa Liqasının rekordçusu olub.
Milli.Az xəbər verir ki, braziliyalı oyunçu əsas mərhələnin I turunda İtaliya təmsilçisi "Roma"ya qarşı keçirilən matçda meydana çıxmaqla tarix yazıb.
Təcrübəli futbolçu turnirin ən yaşlı iştirakçısı adına sahib çıxıb. Dante bu rekorda 41 yaş, 11 ay və 6 günlük olarkən nail olub.
Xatırladaq ki, görüşdə "Nitsa" 1:2 hesabı ilə məğlubiyyətə uğrayıb.
Hüseyn
Milli.Az