“Liverpul”da ciddi İTKİ

25 Sentyabr 2025 11:50

"Liverpul" klubunun 18 yaşlı futbolçusu Covanni Leoni ağır zədəyə məruz qalıb.

Milli.Az xəbər verir ki, oyunçunun çarpaz bağları qopub və o, bir neçə ay meydana çıxa bilməyəcək.

İtaliyanın "Parma" klubundan bu yay 31 milyon avroya transfer olunan Leoni İngiltərə Liqa Kubokunun 3-cü turunda "Sauthempton"la qarşılaşmada (1:2) debüt edərkən zədələnib.

Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın qrup rəqiblərindəndir.

Hüseyn
Milli.Az