38 il həbsdə yatıb 25 milyon təzminat alan kimdir?

25 Sentyabr 2025 13:14

ABŞ sakini Moris Heystinqs törətmədiyi cinayətə görə 38 il Kaliforniya həbsxanasında qaldıqdan sonra 25 milyon dollar məbləğində təzminat alıb.

Milli.Az xəbər verir ki, onun vəkillərinin sözlərinə görə, bu, Kaliforniya tarixində haqsız məhkumiyyətə görə ödənilən ən yüksək kompensasiyadır.

Heystinqs 1983-cü ildə bir qadının qətlinə görə həbs edilmişdi. 2022-ci ildə aparılan DNT testi onun günahsız olduğunu sübut edib. Maraqlıdır ki, o, bu testin keçirilməsi üçün 2000-ci ildən cəhd göstərsə də, analiz yalnız 2021-ci ildə aparılıb. Nəticələr qurbanın bədənindəki spermanın Heystinqsə aid olmadığını göstərib.

DNT digər bir şəxs daha əvvəl başqa cinayətə görə həbs olunmuş və 2020-ci ildə vəfat etmiş Kennett Paknett ilə üst-üstə düşüb.

2023-cü ildə məhkəmə rəsmi olaraq Heystinqsin günahsız olduğunu tanıyıb.

Asya
Milli.Az