Naxçıvanda qeydə alınan görüntü marağa səbəb olub.
Milli.Az xəbər verir ki, magistral yolda ceyranların keçidi sosial şəbəkədə yayılıb.
Hərəkətdə olan avtomobil dayanaraq sürü şəklində yolu keçən heyvanları gözləyib. Arxadan gələn yük maşının sürücüsü isə ceyranların həyatına təhlükə yaradıb.
Bu isə izləyiclər tərəfindən tənqid edilib.
Qeyd edək ki, video Məhəmməd Əliyevə məxsusdur.
Milli.Az