​“Bakı Metropoliteni”ndə yüksək vəzifəyə təyinat

25 Sentyabr 2025 09:52

"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibi yenilənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Hüquq departamentinin direktoru Toğrul Quluzadə və Tikinti layihələrinin idarəolunması departamentinin direktoru Murad Əhmədov QSC-nin Müşahidə Şurasının üzvləri təyin edilib.

Qeyd edək ki, Şuranın rəhbəri AZCON-un icraçı direktoru Şahin Babayevdir. Eyni zamanda AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləridir.

Milli.Az