Vens Rusiyanı hədələdi

25 Sentyabr 2025 10:12

"Rusiya ədalətli danışıqlardan boyun qaçırsa, bunun ağır nəticələri olacaq".

Milli.Az xəbər verir ki, bu fikirləri ABŞ vitse-prezidenti Cey Di Vens səsləndirib.

Onun sözlərinə görə, Prezident Donald Tramp Rusiyanın münaqişəni dayandırmaq üçün yetərincə səy göstərmədiyini düşündüyündən ona qarşı getdikcə daha çox səbirsizlik nümayiş etdirir.

Vens əlavə edib ki, Tramp bu müharibənin həm Rusiyaya, həm Ukraynaya, həm də ABŞ-a ciddi ziyan vurduğunu hesab edir.

Hüseyn
Milli.Az