Türkiyədə qadın işdən çıxarıldıqdan sonra müdiri ilə mübahisə edib və onu qaynar su ilə yandırıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kocaelinin İzmit qəsəbəsində qeydə alınıb. İşdən uzaqlaşdırılan qadın səbəbi öyrənmək üçün müdirinə müraciət edib. Müdir isə ona işəgötürənlə danışmağı tövsiyə edib. Bu cavabdan qəzəblənən qadın özü ilə gətirdiyi qaynar suyu müdirin üzərinə atıb.
Yaralanan müdir dərhal xəstəxanaya çatdırılıb. Şübhəli qadın polis tərəfindən saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib və həbsxanaya göndərilib.
Milli.Az