“Putini dayandırmaq indi daha ucuzdur”

25 Sentyabr 2025 09:23

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxış edib.

Milli.Az xəbər verir ki, o, Ukrayna-Rusiya müharibəsindən danışıb.

"Rusiya Prezidenti Vladimir Putini və onun Ukraynaya, eləcə də digər ölkələrə qarşı aqressiyasını dayandırmaq indi daha ucuz başa gələr. Rusiyanı sülhə məcbur etmək üçün dünya birgə hərəkət etməlidir. Müharibəni və silahlanma yarışını dayandırmaq, yeraltı uşaq bağçaları və ya kritik infrastrukturu gizlətmək üçün nəhəng bunkerlər tikməkdən daha az xərc tələb edir. Putini indi dayandırmaq, hər limanı və hər gəmini terrorçulardan və dəniz dronlarından qorumağa çalışmaqdan ucuzdur. Biz təcavüzkarı dayandırmaq üçün birgə və fərqli şəkildə hərəkət etməliyik. O zaman silahlanma yarışının bizə fəlakət gətirməməsi üçün şansımız olacaq. Silah və Rusiyaya qarşı təzyiq lazımdırsa, bunu indi etmək lazımdır, əks halda Putin müharibəni genişləndirərək uzadacaq. 

Hüseyn
Milli.Az