Suriya Prezidenti Əhməd Şara Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasında çıxış edərək dünya ictimaiyyətinə müraciət edib və Suriya üzərinə tətbiq olunan sanksiyaların götürülməsini tələb edib. O, 1967-dən sonra BMT-də çıxış edən ilk Suriya lideri olduğunu vurğulayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Şara bildirib ki, Suriya yeni dövrə qədəm qoyur: köhnə institutlar ləğv edilir, yeni qanunlar və yeni təsisatların qurulması yolu tutulur.
Prezident deyib: "Suriya xalqının biləyindəki zəncir açılmalıdır - ölkəyə tətbiq olunan sanksiyalar ləğv edilməlidir." O, beynəlxalq tərəfdaşlardan və şirkətlərdən bu prosesə dəstək gözlədiyini bildirib.
Şara Türkiyə, Qatar, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinə təşəkkür edib və bildirib ki, artıq bir sıra beynəlxalq şirkətlər Suriya bazarına daxil olmağa başlayıb.
Suriya lideri çıxışında Qəzza xalqına da dəstək ifadə edib: "Biz Qəzza xalqının yanındayıq."
Lalə Qüdrətova
Milli.Az