CHP-yə İstanbul üzrə sədr seçildi

24 Sentyabr 2025 21:19

Türkiyədə CHP-yə İstanbul üzrə sədr seçilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səsvermənin nəticəsinə görə, Özgür Çelik 414 nümayəndədən 389-unun dəstəyini qazanıb.

Qurultaydan əvvəl İstanbul 45-ci Asliye Hüquq Məhkəməsi, Çelikin vəzifədən uzaqlaşdırılmasına dair qərarına əsaslanaraq, qurultayın dayandırılmasını tələb edib. Məhkəmə, qərarın hazırda qüvvədə olduğunu və dəyişdirilmədən seçkinin keçirilməsinin qanuna zidd olduğunu bildirib.

Məsələ ilə bağlı toplanan Yüksək Seçim Kurulu (YSK), müzakirədən sonra açıqlama yayıb. Qurumun sədri Ahmet Yener Qurultayının davamına qərar veridiyini bildirib.

Lalə Qüdrətova
Milli.Az