"WhatsApp" profillərinə "Facebook" hesabı əlavə edilə biləcək

24 Sentyabr 2025 19:44

"WhatsApp" istifadəçilərə öz profillərinə "Facebook" hesablarını əlavə etməyə imkan verəcək yeni funksiyanı test edir.

Milli.Az xəbər verir ki, bu funksiya Instagramdakı sistemə bənzər olacaq və istifadəçilər istəsələr, profilində Facebook hesabını göstərə biləcəklər.

Təsdiq prosesi "Hesab Mərkəzi" vasitəsilə aparılacaq. Doğrulanmış profillərdə Facebook simvolu görünəcək, təsdiqlənməmiş hesablar isə sadəcə keçid (URL) şəklində təqdim olunacaq.

Mütəxəssislərə görə, bu dəyişiklik WhatsApp-a sosial media elementlərinin inteqrasiyasının ilk mərhələsidir.

Asya
Milli.Az