Ərdoğandan Makrona ATMACA: "Yaxşı olduğu vaxtlar da olurmuş" - VİDEO

25 Sentyabr 2025 10:39

BMT-nin tədbiri üçün Nyu-Yorkda olan liderlər konfransdan əvvəl görüşüblər.

Milli.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransanın dövlət başçısı Makronun diaqloqu diqqət çəkib.

Belə ki, Rəcəb Tayyib Ərdoğan salamlaşarkən Makronun "yaxşı olan vaxtları da olurmuş" deyərək gülümsəyib:

Ərdoğan: "Salam."
Makron: "Necəsən?"
Ərdoğan: "Yaxşı, bəs sən?"
Makron: "Məmnunam."
Ərdoğan: "Demək ki, yaxşı olduğu vaxtlar da olurmuş."

İsmayıl
Milli.Az