Tramp: NATO hava məkanına müdaxilə olarsa, Rusiya təyyarələri vurula bilər

24 Sentyabr 2025 16:50

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az xəbər verir ki, Tramp Rusiya təyyarələrinin NATO ölkələrinin hava məkanını pozması halında vurula biləcəyini düşündüyünü bildirib. "Bəli, mən belə hesab edirəm", - deyə o qeyd edib.

ABŞ-ın bu halda NATO müttəfiqlərinə dəstək verib-verməyəcəyi ilə bağlı suala cavabında Tramp, qərarın konkret vəziyyətdən asılı olacağını vurğulayıb.

Kopenhagendə PUA-ların aşkar olunması barədə sualı da şərh edən Tramp, hadisə ilə bağlı məlumatlı olduğunu, lakin dəqiq təfərrüatlar bəlli olmadan fikir bildirməyəcəyini deyib.

Asya
Milli.Az