İran ABŞ-ni hədəf ala biləcək ballistik raketi sınaqdan keçirdi

24 Sentyabr 2025 17:24

İran yeni qitələrarası ballistik raketinin sınağını uğurla həyata keçirdiyini açıqlayıb. "Defense Express"in yaydığı məlumata görə, bu raket Şimali Amerikada istənilən nöqtəyə çata biləcək potensiala malikdir.

Milli.Az xəbər verir ki, "Xürrəmşəhr-5" adlanan raket 12 min kilometr uçuş məsafəsinə və saniyədə 5,4 kilometr sürətə malikdir. Onun döyüş başlığının çəkisi iki ton təşkil edir.

Raketin nüvə başlığı daşıyıb-daşımadığı rəsmən təsdiqlənməsə də, İranın uranı zənginləşdirməyə davam etməsi bu ehtimalı gündəmdə saxlayır. Ekspertlər qeyd edirlər ki, belə raketlərin inkişafı ABŞ ilə mövcud gərginlik fonunda İranın strateji hədəflərinin bir hissəsidir.

Qeyd olunur ki, iyun ayında İsraillə baş verən 12 günlük qarşıdurma və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsi Tehranın Təl-Əvivdən çox Vaşinqtona qarşı cavab planlarını gücləndirib. 

Asya
Milli.Az