Müəllimlər olan avtobus qəzayda düşdü - Yaralılar var

24 Sentyabr 2025 09:31

Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların sayı artıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların sayı 20-nəfərə yaxın olub.

Zərərçəkənlər Gədəbəy Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, hadisə Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobusun idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.

Milli.Az Report-a istinadən xəbər verir ki, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəzada azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az