Ərdoğan BMT kürsüsündə göz yaşlarını saxlaya bilmədi: “İçim yanır” - FOTO

23 Sentyabr 2025 20:18

BMT Baş Məclisində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada yaşanan faciələrə diqqət çəkmək üçün kürsüdən bəzi fotolar göstərib. O anlarda gözləri dolan Ərdoğan: "Tayyib Ərdoğan olaraq içim yanaraq söyləyirəm. Hansı vicdan buna susa bilər?" deyib.

Ərdoğan çıxışında Fələstin dövlətini tanıyan bütün ölkələrə təşəkkür edib, hələ bu addımı atmayan dövlətləri isə tezliklə qərar verməyə çağırıb.

Qəzzada mülki insanların, xüsusilə uşaqların yaşadığı dəhşətə toxunan Ərdoğan deyib: "Hələ 2-3 yaşlı körpələrin qolu, ayağı, bədəni yoxdur. Bu, bu gün Qəzzanın adi mənzərəsinə çevrilib. Uşaqların öldüyü bir dünyada rahatlıq ola bilərmi?"

Ərdoğan çıxışının davamında dünyadakı valideynlərin övladlarına necə həssas yanaşdığını xatırladaraq bildirib: "Amerikada, Avropada və dünyanın hər yerində bir uşağın əlinə balaca tikan batsa, valideynlərin ürəyi ağrıyır. Amma Qəzzədə uşaqların əlləri, qolları, ayaqları heç bir keyitmə edilmədən kəsilir. Kim nə deyirsə desin, bu, insanlığın ən son nöqtəsidir. Son yüz ildə tarix belə bir vəhşət görməyib."

Lalə Qüdrətova
Milli.Az