Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert baş tutub - FOTO

26 Sentyabr 2025 14:40

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert baş tutub.

Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solist - Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Vüsalə Babayeva (piano) Üzeyir Hacıbəyli "Sevgili canan", Tofiq Quliyev "Qaytağı" və Vaqif Mustafazadənin "Mart" əsərini ifa edib.

Proqramda həmçinin Üzeyir Hacıbəyli "Arşın mal alan" operettasından Uvertüra, "Arazbarı" ,  Azər Rzayev "Poema", Alfred Şnitke "İntermezzo" (Bakıda ilk ifa) və Viktor Herbertin "Serenada" əsəri səslənib.

İnformasiya dəstəyi: Trend, Day.Az, Milli.Az