2022-ci ilin martında Atlantik okeanında böyük bir faciə baş verdi.
Milli.Az xəbər verir ki, "Felicity Ace" adlı yük gəmisində yanğın alovlandı. İlkin məlumata görə, yanğının səbəbi gəmidə daşınan "Porsche" markalı elektromobilin litium-ion batareyası olub.
Gəmi Almaniyanın "Volkswagen AG" konserninə məxsus idi və təxminən 4000 ədəd lüks avtomobil daşıyırdı. Alovu söndürmək mümkün olmadı və günlərlə davam edən yanğının ardından nəhəng gəmi okeanın dibinə qərq oldu.
Beləliklə, dənizin dibi dünyanın ən bahalı "avtomobil parkına" çevrildi. Ümumi maddi zərərin dəyəri 400 milyon avro olaraq qiymətləndirilir.
Hadisə yalnız avtomobil sənayesinə zərbə vurmaqla kifayətlənməyib, həm də ekoloji fəsadlar yaradıb. Çünki okean sularında qalan litium batareyaları, yanacaq və mühərrik yağları dəniz ekosisteminə ciddi təhlükə doğurur.
Batmış avtomobillər arasında isə "Porsche", "Lamborghini", "Audi" və "Bentley" kimi superkar və premium modellər də olub.
Musa
Milli.Az