Rusiyanın 10 vilayətinə PUA hücumu edildi

23 Sentyabr 2025 11:51

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 69 PUA vurub.

Milli.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Belqorod, Bryansk, Kaluqa, Kursk, Moskva, Rostov, Ryazan, Samara, Saratov vilayətləri və Krım üzərində Ukraynaya məxsus 69 PUA zərərsizləşdirilib.

Milli.Az