Kəskin respirator virus infeksiyaları və qrip dövründə spirtli içki qəbulu xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Bu barədə rusiyalı psixiatr-narkoloq Ruslan İsayev RT-yə açıqlamasında bildirib.
Milli.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, alkoqol immun sistemi zəiflədir, bədənin viruslara qarşı mübarizə qabiliyyətini azaldır, orqanizmdən maye və faydalı maddələrin çıxmasına səbəb olur. Bu da sağalma müddətini uzadır və ağırlaşma riskini artırır.
Həkim əlavə edib ki, müalicə zamanı, xüsusilə antibiotik və virus əleyhinə dərmanlarla birlikdə alkoqol istifadəsi daha təhlükəlidir. Spirt onların təsirini azalda, toksik və allergik reaksiyalara səbəb ola bilər.
İsayev vurğulayıb ki, müalicə müddətində (7-10 gün) spirtli içkidən imtina edilməməsi alkoqol asılılığının göstəricisi ola bilər.
Asya
Milli.Az